“ABŞ hegomonluğunu qorumağın yolunu xaotik durumun yaranmasında görür“ - Əli Zülfüqaroğlu

“ABŞ hegomonluğunu qorumağın yolunu xaotik durumun yaranmasında görür“ -  Əli Zülfüqaroğlu
02 May 2024 11:13

"ABŞ hegomoniyasını qorumağın yeganə yolunu dünyada xaotik durumun yaranmasında görür".

Politoloq Əli Zülfüqaroğlu bunu News365.az-a amıqlamasında deyib. 

"Bu gün Amerika Birləşmiş Ştatları dünyada silah istehsalının və satışını həyata keçirən əsas dövlətlərdən biridir. Birləşmiş Ştatların bu gün çoxhüquqlu dünyanın qarşısını almağa yönəlik siyasət yürüdür. Öz hegomonluğunu qorunmasının yeganə yolunu dünyada xaotik durumun yaranmasında görür. Buna görə də hesab edirəm ki, biz bu faktorları nəzərə alsaq o zamanda Vaşinqtonun dünyanın silahlandırılması istiqamətində nəyə görə ən çox səy göstərən bir dövlət olduğunu daha aydın təsəvvür edə bilərik"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər