Ukraynanın müdafiə xətlərində ciddi problemlər yaranıb - “Associated Press”

Ukraynanın müdafiə xətlərində ciddi problemlər yaranıb  - “Associated Press”
02 May 2024 13:51

"Ukrayna ordusu döyüş bölgəsində geri çəkiləcəyi təqdirdə arxa cəbhədə onların sığınmaları üçün xüsusi müdafiə xətti praktiki olaraq mövcud deyil".

News365.az xəbər verir ki, bu fikirlər Amerikanın məşhur “Associated Press” agentliyində dərc olunan məqalədəndir. Nəşr Ukrayna Silahlı Qüvvələrinin əsgərləri və Ukrayna rəsmilərinə istinadən belə bir qənaətə gəlib. 

“Bu detala zamanında məsuliyyətsiz yanaşılmışdı... Səlahiyyətlilər başa düşmürdülər ki, istehkamlar əvvəlcədən qurulsaydı, bu, xeyli sayda insanın həyatını xilas edə bilərdi. Çoxları düşünürdü ki, belə müdafiə xətlərini hazırlamağa ehtiyac qalmayacaq. Çünki onlar Rusiyanın yeni güclü hücumunu gözləmirdilər”, - deyə Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Aleksandr bildirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər