Ronaldonun dublu “Əl Nəsr”i yarımfinala yüksəltdi – VİDEO

Ronaldonun dublu “Əl Nəsr”i yarımfinala yüksəltdi –  VİDEO
02 May 2024 13:10

Kriştianu Ronaldunun oynadığı “Əl Nəsr” ilə “Əl Halic” komandaları Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında üz-üzə gəlib.

News365.az xəbər verir ki, Ər-Riyadda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Ronaldu dubl edib. Seneqallı hücumçu Sadio Mane isə penaltidən fərqlənib. Beləliklə, “Əl Nəsr” Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxıb.

Turnirin həlledici oyununda Ronaldunun komandası “Əl Hilal”la qarşılaşacaq.


Youtube kanalımız

Oxşar xəbərlər