Avropa ağır qoşun briqadaları yaradılır?

Avropa ağır qoşun briqadaları yaradılır?
02 May 2024 12:18

Polşanın xarici işlər naziri Radoslav Sikorski diqqət çəkən açıqlamalar verib. News365.az xəbər verir ki, o, Avropa ağır qoşun briqadalarının yaradılmasını təklif edib.

Onun fikrincə, belə bir briqada Avropa İttifaqına ABŞ-nin iştirakını gözləmədən qonşu regionlarda baş verən hadisələrə dərhal reaksiya verməsinə şərait yaradacaq.

"Balkan yarımadasında və ya Şimali Afrikada baş verən hadisələrlə bağlı yaranan vəziyyəti misal göstərə bilərəm ki, Avropa burada ABŞ-yə müraciət etməməli idi", - deyə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər