“ABŞ bizi yeni sanksiyalarla qorxuda bilməz“ - Rusiya səfiri

“ABŞ bizi yeni sanksiyalarla qorxuda bilməz“  - Rusiya səfiri
02 May 2024 11:43

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov diqqət çəkən fikirlər səsləndirib. News365.az xəbər verir ki, o, ABŞ-nin Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etməsi ilə bağlı xəbərləri şərh edərkən bunu mənasız addım adlandırıb. Onun sözlərinə görə, Amerika hakimiyyəti sadəcə məhdudiyyət tədbirlərindən ibarət yeni “vineqred” hazırlayıb.

“Bu, ABŞ-nin son günlər həyata keçirdiyi çoxsaylı rusofob davranışlarının davam etdirilməsinin nümunəsidir”, - diplomat bildirib.

Səfir rusofob davranışlar arasında Ukraynaya çoxmilyardlıq hərbi yardım paketinin ayrılmasını, Kiyevə uzun mənzilli döyüş sursatlarının tədarükünü, həmçinin “Zelenski rejiminə bəzi müvəqqəti təhlükəsizlik zəmanətləri vədləri”nin verilməsinin adını çəkib.

Antonov onu da vurğulayıb ki, Birləşmiş Ştatlar bu cür “qanunsuz hiylələrlə” yalnız digər ölkələri özündən uzaqlaşdırır: "Bu tədbirlər həmçinin Amerikanın dünyada mövcud rolunun konstruktivliyinə şübhələri mayalandırır. Sanki onlar başa düşmürlər ki, bu qərarlar Rusiyanı və onun vətəndaşlarını qorxuda bilməz".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər