Ermənilər yolu BAĞLADI: “Paşinyan kəndlərimizi türklərə bağışlayır“ - VIDEO

Ermənilər yolu BAĞLADI:  “Paşinyan kəndlərimizi türklərə bağışlayır“ - VIDEO
02 May 2024 09:58

Ermənistnın Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndində Azərbaycanla sərhədin delimitasiyasına qarşı çıxanlar yolu bağlayıblar.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda çox sayda polis Kirantsa (Xeyrimli) cəlb olunub.

31 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.

Onların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib.

Minatəmizləmə işləri ilə əlaqədar və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında hüquq-mühafizə orqanları Kirantsda (Xeyrimli) bir neçə yolu bağlayıb.

Kirans-Aşağı Əskipara yoluna yığışan dişi aşotlar əraziyə gətirilmiş erməni polislərə "Türklər! Xəyanətkarlar! Qorxaqlar!" deyib qışqırırlar.

Digər aşot  isə deyir: "Paşinyan kəndlərimizi türklərə bağışlayır. Kimdir axı bu Paşinyan? Kim?!"


Youtube kanalımız

Oxşar xəbərlər