“Paşinyan dəyişkən siyasətçidir, mövqeyini, siyasətini dəyişə bilər“- Hikmət Babaoğlu

“Paşinyan dəyişkən siyasətçidir, mövqeyini, siyasətini dəyişə bilər“-  Hikmət Babaoğlu
02 May 2024 10:22

"Məlum bəyanatda bildirilir ki, mayın 15-nə qədər delimitasiya və demarkasiya işi hər ikisi paralel olaraq başa çatdırılmalıdır. Temp bizə onu deməyə əsas verir ki, burda sürətli proses gedir". 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu News365.az-a açıqlamasında deyib. 

"Nəzərə almaq lazımdır ki, bu adi sərhəd deyil, Ermənistan və Azərbaycan sərhəddidir. Bütövlükdə sərhəd boyu proses necə gedəcəyi ilə bağlı fikir söyləmək çətindir. Paşinyan dəyişkən siyasətçidir, mövqeyini, siyasətini dəyişə bilər. Azərbaycanla Ermənistan sərhəddi çox uzun sərhəddir. Əgər indiki tempi tədbiq etsələr, yəni Ermənistan iradə nümayiş etdirə bilsə, yersiz, hüquqi əsası olmayan iddialarla geriçəkilərsə bu mümkündür"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər