Cərrahlar kor kişinin görmə qabiliyyətini bərpa etdilər

Cərrahlar kor kişinin görmə qabiliyyətini bərpa etdilər
02 May 2024 12:57

Rusiyada maraqlı hadisə baş verib. News365.azxəbər verir ki, cərrahlar görmə qabiliyyətini itirmiş xəstənin gözünü bir illik kor qaldıqdan sonra aça biliblər.

"Xəstə bizim Nijnevartovsk rayon xəstəxanasına tamamilə kor vəziyyətdə gəlib. Onun hər iki gözü yalnız işıq parıltılarını ayırd edə bilirdi. O, təxminən bir il həkimlərdən kömək istəməyib.  Xəstə görmə qabiliyyətinin qayıdacağına ümid edərək uzun müddət göz damcılarından istifadə edib. Lakin lazımi müalicə almayıb. Ona görə də xəstə bizim şöbəyə çatan kimi dərhal onun üçün əməliyyat təyin etdik”, - deyə həkim Marat Musyakaev bildirib.

Qeyd edilir ki, əməliyyatdan demək olar ki, dərhal sonra görmə 80%-ə qədər bərpa olunub və xəstə ambulator müalicəyə buraxılıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər