“Qazaxıstan Azərbaycanın strateji tərəfdaşı və müttəfiqidir“- Rəşad Bayramov

“Qazaxıstan Azərbaycanın strateji tərəfdaşı və müttəfiqidir“-  Rəşad Bayramov
02 May 2024 10:07

"Qazaxıstan platforması digər platformalardan seçilir"

Politoloq Rəşad Bayramov bunu News365.az-a açıqlamasında deyib. 

"Qazaxıstan Azərbaycanın strateji tərəfdaşı və müttəfiqidir. Qazaxıstan həm də türk dünyasının bir parçasıdır və türk dövlətidir. Azərbaycanla Qazaxıstan eyni təşkilatda təmsil olunan iki qardaş ölkədir. Digər vacib məqam ondan ibarətdir ki, Qazaxıstanın Rusiya ilə mövcud münasibətləri eləcə də Qazaxıstanın Avropa ölkələri və Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları ilə inkişaf etməkdə olan münasibətləri, kənar oyunçuları digər gücləri də prosesə qısqanclıqla yanaşmaqdan yayındıracaq. Qazaxıstan Platforması digər platformalardan bir sıra üstünlükləri ilə təbii ki, seçilir"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər