Əfsanənin həyatından serial çəkildi - VİDEO

Əfsanənin həyatından serial çəkildi -  VİDEO
02 May 2024 13:05

"Netflix" braziliyalı əfsanəvi yarış pilotu Ayrton Sennanın həyatı və karyerasından bəhs edən “Senna” bədii serialının tizerini təqdim edib.

News365.az xəbər verir ki, serial altı hissədən ibarət olacaq. Sennanın ilk kartinq yarışlarından tutmuş üç Formula 1 çempionluğu tituluna və 1994-cü ildə qəzada faciəvi şəkildə öldüyü ana qədər olan hekayəsindən bəhs edəcək.

Senna rolunu "Ferrari" filmindəki Alfonso de Portaqo obrazı ilə tanınan Qabriel Leone canlandırıb. Braziliyalı pilotun əzəli rəqibi olan fransız Alen Prost rolunu Mett Mella, Sennanın dostu, müğənni Şuşi rolunu isə Pamela Tome ifa edib.

Senna serialının baş rejissoru “The Division” və “Yakuza Princess” filmləri ilə tanınan Visente Amorindir.

Ayrtonun həyatı daha öncə 2010-cu ildə tənqidçilər və tamaşaçılar tərəfindən bəyənilən və Britaniya Akademiyası və Sundans Film Festivalında mükafatlar qazanan sənədli filmdə təsvir edilib.


Youtube kanalımız

Oxşar xəbərlər