Bu ölkənin bankları Rusiyayla işləməkdən imtina etdi

Bu ölkənin bankları Rusiyayla işləməkdən imtina etdi
30 Okt 2024 21:27

ABŞ maliyyə sanksiyalarının sərtləşdirilməsi nəticəsində Kremlə daha bir zərbə dəyib.


News365.az xəbər verir ki, Çin və Türkiyədəki bankların ardınca Hindistan bankları da Rusiya ilə işləməkdən imtina edib.


“Hindistan bankları Rusiya ilə ticarət sövdələşmələrində iştirak etməkdən qorxurlar. ABŞ-la əlaqələri olan hindistanlı kreditorlar ABŞ-ın ikinci dərəcəli sanksiyalarından narahatdırlar”, - deyə Rusiyanın Yeni Dehlidəki səfiri Denis Alipov bildirib.


Qeyd edək ki, Hindistan və Çin Rusiyanın BRİKS tərəfdaşları olsa da, Kazanda keçirilən sammitdə Vladimir Putinin ödəniş üçün alternativ sistem yaratmaq təklifini dəstəkləməyiblər.


Sizin reklam burada
Sizin reklam burada