Bu ölkədə Rusiya casusu saxlanıldı

Bu ölkədə Rusiya casusu saxlanıldı
24 Mar 2025 18:46

Avstriyada Rusiyaya casusluqda günahlandırılan Bolqarıstan vətəndaşı saxlanılıb.


News365.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi məlumat yayıb.


Qeyd olunub ki, adı açıqlanmayan qadın Avstriyada Rusiya üçün casusluq edib və Moskvanın nəzarəti altında dezinformasiyanın yayılması üzrə əməliyyatlar həyata keçirib.


Təhlükəsizlik xidmətinin əməkdaşları qadının yaşadığı evdə axtarış aparıb, məlumat saxlama cihazlarını müsadirə ediblər. Bu məlumatların təhlili Rusiya xüsusi xidmət orqanları üçün işləyən bir hücrənin mövcudluğunu göstərib


Sizin reklam burada
Sizin reklam burada