Bu hərbi qulluqçuların maaşı artırıldı

Bu hərbi qulluqçuların maaşı artırıldı
19 Mar 2025 22:00

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının (Agentliyin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.


News365.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.


Eyni zamanda “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.


Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.


Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Sizin reklam burada
Sizin reklam burada