Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynadakı münaqişə ilə bağlı Rusiya lideri Vladimir Putinə etibar etmədiyini bildirib. Onun sözlərini The New York Times sitat gətirib.
Starmerin sözlərinə görə, Rusiya prezidenti Ukrayna saziş bağlandıqdan sonra belə onun müdafiəsiz qalması üçün israr edəcək.
O, həmçinin Britaniyanın bütün cəbhələrdə maneələrlə üzləşdiyini, lakin diplomatik qeyri-müəyyənliyə baxmayaraq, Londonun hamıdan qabaqda dayanmaqdan başqa çarəsi olmadığını söyləyib.
"Əgər biz ən ehtiyatlı temp ilə hərəkət etsək, çox yavaş hərəkət edəcəyik və lazım olan mövqeyə düşməyəcəyik",- o qeyd edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural