Britaniya XİN-dən Trampa ETİRAZ

Britaniya XİN-dən Trampa ETİRAZ
10:19

Mərkəzi Hind okeanındakı Çaqos arxipelaqının Mavriki suverenliyinə verilməsi Dieqo Qarsiyadakı hərbi bazanın qorunması üçün yeganə mümkün seçimdir.

News365.az xəbər verir ki, bu, Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

Nazirlik açıqlamanı ABŞ prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq yayıb.

"Sky News" Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən bildirib ki, "Dieqo Qarsiyadakı birgə Böyük Britaniya-ABŞ hərbi bazasına sahib olmaq barədə razılaşma Böyük Britaniyanın və əsas müttəfiqlərimizin təhlükəsizliyi üçün çox vacibdir. Bu razılaşma həyati əhəmiyyətli hərbi bazanın uzunmüddətli gələcəyinə zəmanət verməyin yeganə yoludur".

Kanal həmçinin xatırladıb ki, Tramp iki həftə əvvəl bu razılaşmanı Britaniya baş nazirinin əldə edə biləcəyi "ən yaxşı" razılaşma adlandırıb və Dövlət Departamenti də bu razılaşmanı dəstəkləyib.

Dünən isə Tramp "Truth Social"da yazıb ki, Britaniya baş naziri Keir Starmer arxipelaqı Mavriki suverenliyinə keçirməklə "böyük səhv" edir. O, vurğulayıb ki, Britaniya baş naziri baza üzərində nəzarəti itirəcək addımlar atmamalıdır. Tramp Vaşinqtonun İrandan mümkün hücumun qarşısını almaq üçün Dieqo Qarsiya bazasından istifadə etməli ola biləcəyini qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada