Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi admiral Toni Radakindən Ukrayna ordusuna dəstəyi davam etdirməyə və ona lazımi hərbi yardım göstərməyə hazır olduqları barədə bəyanat alıb. Bu barədə ukraynalı ali komandan özünün Facebook səhifəsində məlumat yayıb.
"Admiral ser Entoni Radakin məni bir daha Birləşmiş Krallığın Ukrayna Müdafiə Qüvvələrinə hərbi yardım göstərməyə hazır olduğuna əmin etdi", - o vurğulayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural