Britaniya Rusiya sualtı qayığını ələ keçirib?

Britaniya Rusiya sualtı qayığını ələ keçirib?
10 May 2025 22:45

Sualtı qayıqlar La-Manş boğazını suyun üzərində və beynəlxalq dəniz hüququna uyğun şəkildə keçirlər.


News365.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Hərbi Dəniz Donanmasına yaxın mənbə məlumat verib.


“Sualtı qayıqlar La-Manş boğazını suyun üzərində və beynəlxalq dəniz hüququna uyğun şəkildə keçir. Bu səbəbdən də “ələ keçirdi” ifadəsi qeyri-dəqiq və gülünc səslənir,” – deyə agentliyin həmsöhbəti bildirib.


Qeyd edək ki, daha öncə Böyük Britaniya donanmasının La-Manş boğazında Rusiyaya məxsus “Krasnodar” dizel-elektrik sualtı qayığını ələ keçirdiyi barədə məlumat yayılmışdı.


Sizin reklam burada
Sizin reklam burada