Kolumbiya İranla diplomatik əlaqələri kəsdi

Kolumbiya İranla diplomatik əlaqələri kəsdi
14:00

Kolumbiya rəhbərliyi Tehranı "beynəlxalq terrorçu qruplaşmalarla ehtimal olunan əlaqələrdə" ittiham edərək, İranla diplomatik əlaqələri kəsmək qərarına gəlib.

News365.az-ın məlumatına görə, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda məlumat verilib.

"Xarici İşlər Nazirliyi Kolumbiya hökuməti adından İran İslam Respublikası ilə diplomatik əlaqələri rəsmi olaraq kəsdiyini elan edir. Qərar İran hökumətinin ölkənin təhlükəsizliyini təhdid edən beynəlxalq terrorçu qruplaşmalar və digər narkoterror təşkilatları ilə ehtimal edilən əlaqələri nəzərə alınmaqla qəbul edilib", - deyə məlumatda qeyd edilib.

Boqota hesab edir ki, İran hakimiyyətinin həmçinin insan hüquqlarının pozulmasında, Yaxın Şərq münaqişəsində iştirak etməyən ölkələrə hücumlarda, Hörmüz boğazının bloklanmasında, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramının miqyasını yoxlamaq səylərinə mane olmaqda əli var.

Kolumbiya Xarici İşlər Nazirliyi qeyd edir ki, diplomatik əlaqələrin kəsilməsi konsulluq əlaqələrinin kəsilməsini nəzərdə tutmur.


Sizin reklam burada
Sizin reklam burada