Bolqarıstan prezidenti istefa verib

Bolqarıstan prezidenti istefa verib
19 Yan 2026 22:20

Bolqarıstan prezidenti Rumen Radev istefa verdiyini açıqlayıb.

News365.az xəbər verir ki, o bu barədə bazar ertəsi günü etdiyi çıxışı zamanı danışıb.

"Sabah səhər istefamı təqdim edəcəyəm. Əminəm ki, vitse-prezident İliana Yotova prezident kimi mənim üçün layiqli əvəzedici olacaq", - Radev bildirib.

Qeyd edək ki, bu açıqlama, ötən ay əvvəlki hökumət istefa verdikdən sonra onun öz siyasi partiyasını quracağı ilə bağlı geniş yayılmış ehtimalları daha da gücləndirib.


Sizin reklam burada
Sizin reklam burada