Goranboyda uşaq həkimi dərmandan zəhərləndi

Goranboyda uşaq həkimi dərmandan zəhərləndi
15:23

Goranboyda uşaq həkimi dərmandan zəhərlənib.

Hadisə Goranboy şəhərində qeydə alınıb.

Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi məlum deyil.

Qeyd edək ki, T. Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq həkimi işləyir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada