Epsteynin qadın qurbanlarına 35 milyon təzminat veriləcək

Epsteynin qadın qurbanlarına 35 milyon təzminat veriləcək
10:24

Cefri Epsteynin varisləri zorakılıq qurbanı olduqlarını iddia edən qadınlarla 35 milyon dollara qədər razılaşma əldə ediblər.

News365.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Razılaşma ən azı 40 qadını əhatə edən bir qrup zərərçəkmişin bütün iddialarını həll etmək üçün nəzərdə tutulub.

Epsteinin vəkili və mühasibi vəzifəsində çalışan Darren İndike və Richard Kahn bildirib ki, razılaşma Epsteyndən qalan əmlakı hesabına maliyyələşdiriləcək.

Razılaşma layihəsinin qəti olması üçün Nyu-Yorkdakı federal hakim tərəfindən təsdiqlənməlidir. Sənədlərə görə, qrupda 40-dan çox qadın varsa, razılaşma 35 milyon dollar, daha az qadın varsa, 25 milyon dollar olacaq.

Bu razılaşma ABŞ-da ən səs-küylü qalmaqallardan birinin qurbanlarına ödənişlərin edilməsi ilə bağlı çoxillik prosesdə son addım olacaq.


Sizin reklam burada
Sizin reklam burada