"Kafe və restoranlarda pulla satılan yeməklər iftar deyil"- Tural İrfan

"Kafe və restoranlarda pulla satılan yeməklər iftar deyil"- Tural İrfan
15:33

“Bəzi adamlar Ramazan ayında cəhənnəmi “satın alırlar”. Çünki iftar pulla verilmir. Kim iftar süfrəsini, qurban ətini pulla satarsa, o cəhənnəmlikdir. Din alver, ticarət aləti deyil. Dünyada var-dövlət qazanmaq üçün Allahın dinini ancaq imansızlar istifadə edə bilər”.
Bunu
News365.az-a açıqlamasında dinşünas Tural İrfan deyib.

O, əlavə edib ki, imanı, dini, vicdanı olan əsl müsəlman Ramazan ayında imkanı daxilində müsəlmanlara havayı ehsan edər:

“Buna da gücü çatmırsa, ən azı qiymətləri endirər.  Çox təəssüf ki, bizdə tam əksinədir: bayramda hər şey bahalaşır. Yenə deyirəm kafe və restoranlarda pulla satılan yeməklər iftar deyil. Sadəcə dəllalıq edərək adını iftar süfrəsi qoyurlar. Əlacsız adamlardan başqa kim elə yerlərdə iftar açsa, yəni normadan artıq pul ödəsə, israf etmiş sayılır ki, bu da dində haramdır. Ona görə müsəlmanlar özlərini günaha batırmasınlar”.

İlahiyyatçı hesab edir ki, bahalı restoranlarda “iftar süfrəsi”nə getmək və həmin obyektlərə xeyir vermək özü də günahdır:

“Onların verdiyi yeməklər də şübhəlidir, çox zaman leş və ya bismillahsız kəsilən ətlər olur. Əti halal olmayan heyvandan hazırlanan yeməklərlə də iftar etmək olmaz. Kafe, restoran sahibləri savab qazanmaq istəyirlərsə, qardaş Türkiyədəki kimi, digər müsəlman ölkələrində olduğu kimi oruc tutanlara iftar versinlər. Oruc tutmasalar belə, heç olmasa, savab qazansınlar. Bunu etmirlərsə, ən azı camaatı aldadıb, günaha batmasınlar”.
 Top of Form

Bottom of Form

 

Top of Form

Bottom of Form

News365.az


Sizin reklam burada
Sizin reklam burada