İran ordusuna məxsus təyyarə qəzaya uğradı: ölən var

İran ordusuna məxsus təyyarə qəzaya uğradı: ölən var
20 Fev 2026 09:44

İran Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Həmədan əyalətində qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi axşam saatlarında gecə təlimi zamanı qəzaya uğrayıb.

Hadisə nəticəsində 1 pilot həlak olub, digəri isə sağ qalıb.

Qəza ilə bağlı araşdırma başlanıb.


Sizin reklam burada
Sizin reklam burada