Azərbaycanın Qəzzaya hərbi qüvvə göndərməməsi doğru qərardır

Azərbaycanın Qəzzaya hərbi qüvvə göndərməməsi doğru qərardır
00:11
Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək beş ölkənin adı açıqlanıb: Qazaxıstan, İndoneziya, Mərəkeş, Kosova və Albaniya; iki ölkə - Misir və İordaniya isə polisə təlim keçməyə razılaşıb;
Qəzzaya hərbi qüvvə göndərəcək ölkələr arasında Azərbaycanın adı intensiv şəkildə hallansa da, Prezident İlham Əliyev “biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik” bəyanatı ilə məsələyə nöqtə qoymuşdu. Bölgəyə qoşun yeridəcək, yaxud təhlükəsizliyin qorunmasında bu və ya digər formada iştirak edəcək ölkələr arasında Azərbaycanın adının olmaması da rəsmi Bakının mövqeyinin dəyişmədiyini göstərir.
News365.az xəbər verir ki, bunları siyasi şərhçi, jurnalist Asif Nərimanlı feysbuk hesabında yazıb.

Siyasi şərhçi onu da qeyd edib ki, Qəzzadakı vəziyyət – HƏMAS və İsrail arasında qarşıdurmanın davam etməsi rəsmi Bakının imtina qərarının doğru olduğunu deməyə əsas verir. Tərəflər arasında real atəşkəs əldə olunarsa, regionda toqquşma riski tam aradan qaldırılarsa, Azərbaycan bölgəyə hərbi qüvvə göndərmək haqda düşünə bilər. Bu da “sülhə məcburetmə” əməliyyatında yox, yalnız müəyyən infrastruktur obyektlərinin mühafizəsinin təşkil edilməsi çərçivəsində mümkündür.

Sizin reklam burada
Sizin reklam burada