Şəkidə dağlıq ərazidə yanğın söndürülüb YENİLƏNİB 1

Şəkidə dağlıq ərazidə yanğın söndürülüb YENİLƏNİB 1
23:40

Şəkidəki dağlıq ərazidə baş verən yanğın söndürülüb.

News365.az xəbər verir ki, Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazidə baş verən yanğın söndürülüb. 

Yanğın nəticəsində ümumilikdə 55 hektar ərazidə quru ot, kol-kos və xəzəl yanıb. 

Yanğının söndürülməsində Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti ilə birlikdə və Şəki Rayon-Şəhər Polis şöbəsinin əməkdaşları da iştirak edib. 

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

21:40

Şəkidə dağlıq ərazidə yanğın başlayıb.

News365.az xəbər verir ki, axşam saat 18 radələrində Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. 

Əldə edilən məlumata əsasən yanğın 10 hektardan çox ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır. 

Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. 

Yanğın dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. Buna görə də yanğını söndürmək üçün canlı qüvvədən istifadə olunur. 

Hazırda yanğının baş verdiyi ərazidə havanın küləkli olduğu bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.


Sizin reklam burada
Sizin reklam burada