Daim üşüyən insanlara xəbərdarlıq: Təhlükəli xəstəlik əlaməti ola bilər

Daim üşüyən insanlara xəbərdarlıq: Təhlükəli xəstəlik əlaməti ola bilər
09:17

Rusiyalı kardioloq Yuri Belenkov daim üşümə hissindən əziyyət çəkən insanlara təhlükəli xəstəlik riskləri barədə xəbərdarlıq edib.

News365.az xəbər verir ki, həkim bu barədə "Rossiya-1" telekanalının efirində danışıb. Yuri Belenkov daim soyuq hiss etməyin hansı ciddi xəstəliklərin əlaməti ola biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, daim üşümək hipotireoz (qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi) əlaməti ola bilər. Həkim bu xəstəliyin digər simptomları kimi xroniki yorğunluq, yuxululuq, dəri quruluğu və saç tökülməsini də qeyd edib.

Yuri Belenkov xüsusi olaraq vurğulayıb ki, əgər hipotireoz vaxtında müalicə edilməzsə, bu, ürəyin işemik xəstəliyinə yol aça bilər. Nəticədə ürək əzələsi oksigen və qida maddələri ilə kifayət qədər təmin olunmur ki, bu da həyati təhlükə yaradır.


Sizin reklam burada
Sizin reklam burada