Hikmət Hacıyev: "Sülh Şurası"nın Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur

Hikmət Hacıyev: "Sülh Şurası"nın  Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur
19 Fev 2026 22:13

“Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”nın məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən “Sülh Şurası” vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”.

News365.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

https://x.com/hikmethajiyev/status/2024546078906036240?s=46


Sizin reklam burada
Sizin reklam burada