Polşa Prezidenti Karol Navrotski Ukrayna qaçqınları üçün xüsusi status və güzəştləri ləğv edən qanun imzalayıb.
News365.az xəbər verir ki, bu barədə K.Navrotskinin mətbuat katibi Rafal Leskieviç X-də yazıb.
"19 fevral 2026-cı ildə Polşa Prezidenti Karol Navrotski silahlı münaqişə ilə əlaqədar ölkə ərazisində məskunlaşan Ukrayna vətəndaşlarına yardım haqqında müddəaların ləğv ilə bağlı qanunu imzalayıb”, - deyə bildirilib.
Sənədə əsasən, ukraynalılara səhiyyə və mənzil güzəştlərindən pulsuz istifadə etmək imkanı verilməyəcək. Burada Polşada müalicə alan ukraynalı hərbçilər üçün tibbi xidmətlər istisna ediləcək.
Belə ki, ölkədə qanuni qalma müddətini uzatmaq üçün Ukrayna vətəndaşlarına üç illik yaşayış icazəsi təklif olunacaq.