Bitkoin 2 %-ə yaxın bahalaşıb

Bitkoin 2 %-ə yaxın bahalaşıb
12 Apr 2025 17:43

 Dünyanın aparıcı kriptovalyutası - bitkoin 83,72 min ABŞ dollarına kimi bahalaşıb.

News365.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,98 %, son 7 gündə isə 0,66 % artıb. Nəticədə bitkoinin kapitallaşması 1,661 trilyon ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,64 % artaraq, son bir həftədə isə 10,85 % azalaraq 1,599 ABŞ dolları təşkil edib.

İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “TRON” (TRX) olub. Kriptovalyuta son bir sutkada 5,47 %, son bir həftədə isə 5,75 % bahalaşıb.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 2,66 trilyon ABŞ dollarıdır.


Sizin reklam burada
Sizin reklam burada