Birinin çənəsi sındı, digərinin boynu zədələndi - VİDEO

Birinin çənəsi sındı, digərinin boynu zədələndi - VİDEO
14 Apr 2025 11:37

Rusiyada futbolçuların oyun zamanı dəhşətli şəkildə toqquşmasını əks etdirən görüntülər sosial şəbəkələrəd gündəm çevrilib. "Saratov Sokol" klubunun futbolçusu Nikita Karabaşev "Rodina"nın müdafiəçisi Georgi Yudintsevlə toqquşma zamanı çənəsini sındırıb. Bu barədə “Sport Baza” Telegram kanalı yazıb.


"Mənbəmizin sözlərinə görə, hər iki idmançıya beyin silkələnməsi diaqnozu qoyulub. Karabaşevin çənəsi sınıb, Yudintsevin boyun sümüyü zədələnib. Hər iki futbolçu yaxın vaxtlarda xəstəxanada yatacaq", - sayt yazıb.

Xatırlada qki, hadisə aprelin 13-də Birinci Liqanın 28-ci turunun futbol matçı zamanı baş verib. Moskvalı müdafiəçi topu cərimə meydançasından kənara çıxarmaq istəyib. Topa doğru "Sokol" futbolçusu da surətlə qaçıb. Futbolçular bir-birini görməyib və dəhşətli şəkildə toqquşublar. Meydançaya çıxan həkim briqadası futbolçuları dərhal xəstəxanaya çatdırıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada