Bu gün 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların qaldırdıqları məsələlərlə tanışlıq olub.
Müraciətlər əsasən təhsil, məşğulluq, sosial müdafiə və digər məsələlərlə bağlı olub.
Qanunvericiliyə uyğun olan müraciətlər nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.