Pensiyaların ödəniləcəyi tarix açıqlandı

Pensiyaların ödəniləcəyi tarix açıqlandı
13:23

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Bu barədə News365.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.


Sizin reklam burada
Sizin reklam burada