Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq

Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq
18 Yan 2026 11:07

Sabah Biləsuvarın bir kəndində qaz təchizatı dayandırılacaq.

Rayonun Xırmandalı kəndində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə ümumilikdə 1 100 abonentin qaz təchizatının 19 yanvar saat 14:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.


Sizin reklam burada
Sizin reklam burada