UNESCO İrandakı bu abidənin zədələnməsinə görə narahatdır

UNESCO İrandakı bu abidənin zədələnməsinə görə narahatdır
07:47

UNESCO Yaxın Şərqdə eskalasiya fonunda mədəni abidələrin təhlükəsizliyinə dair narahatlığını ifadə edib

UNESCO Yaxın Şərqdə eskalasiya fonunda mədəni abidələrin təhlükəsizliyinə dair narahatlığını ifadə edib

04 mart 2026 05:43 (UTC +04:00)


UNESCO Yaxın Şərqdə artan zorakılıq və hərbi eskalasiya fonunda mədəni irs abidələrinin qorunması ilə bağlı narahatlığını ifadə edib.


APA xəbər verir ki, bu barədə qurumun sosial media hesablarında məlumat yayılıb.


Təşkilatın məlumatına görə, martın 2-də Tehranda yerləşən və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən Gülüstan sarayı yaxınlığında baş verən aviazərbə nəticəsində abidəyə ziyan dəyib.


Qeyd olunur ki, saray İran paytaxtında yerləşən obyektin bufer zonasında yerləşən Araq meydanına endirilən zərbə zamanı yaranan partlayış dalğası və qalıqların düşməsi səbəbindən zədələnib.


UNESCO bəyan edib ki, ölkədə və ümumilikdə regionda mədəni irs obyektlərinin qorunması ilə bağlı vəziyyəti diqqətlə izləməyə davam edir.


Bu məqsədlə təşkilat Dünya İrsi siyahısına daxil edilən və milli əhəmiyyətli abidələrin coğrafi koordinatlarını münaqişə tərəflərinə təqdim edib.


Təşkilat xatırladıb ki, mədəni irs obyektləri beynəlxalq hüquqla qorunur.


Sizin reklam burada
Sizin reklam burada