Bıçaqla yoldan keçənlərə hücum etdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Bıçaqla yoldan keçənlərə hücum etdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
23 Mar 2025 11:20

Sosial şəbəkələrdə cinayətkarın dəhşətli əməllərini əks etdirən video yayılıb. Görüntülər sosial şəbəkələrin Rusiya seqmentində narazılığa səbəb olub. Qeyd edilib ki, cani Sterlitamak sakinidir və o bir neçə gündür ki, çoxmərtəbəli binada yaşayan qonşularını izləyir.

"Mash Batash" Telegram kanalının məlumatına görə, Sverdlova küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan sakinlər manyak qonşu ilə məşğul olmaq üçün çıxış yolu tapa bilmirlər: "Kişi bıçaq və bibər qazı ilə silahlanıb, küçələrdə dolaşır, yoldan keçənləri, o cümlədən uşaqları qorxudur".


O, bir neçə gün əvvəl həyətdə bir gənci təqib edib, daha sonra digərinə bibər qazı ilə hücum edib. Yerli sakinlərin sözlərinə görə, onlar artıq iki dəfə polisə müraciət ediblər. Birinci dəfə qaçmağa müvəffəq olan cinayətkarı tapa bilməyən asayiş keşikçiləri ikinci dəfə onu polis bölməsinə aparıblr. Lakin kişi üç saatdan sonra sərbəst buraxılıb.




Tural


Sizin reklam burada
Sizin reklam burada