Alimlər Panamada yaşayan kapuçin meymunlarının başqa növə aid meymun balalarını daşıdığını müşahidə ediblər. Bu davranış tədqiqatçılar üçün gözlənilməz olub.
News365.az xəbər verir ki, Smithsonian İnstitutunun məlumatına görə, tədqiqatçılar Jikarón adasında daş alətlərdən istifadə edən kapuçin meymunlarını müşahidə edərkən onların ulayan meymunların balalarını apardığını qeydə alıblar.
Maraqlıdır ki, bu davranış ilkin olaraq alimlərin araşdırma mövzusu olmayıb. Onlar meymunların alətlərdən necə istifadə etdiyini öyrənərkən təsadüfən bu hadisə ilə qarşılaşıblar.
Müşahidələr heyvanların sosial davranışlarının nə qədər mürəkkəb ola biləcəyini göstərir. Bununla belə, balaların niyə aparıldığı və bu davranışın hansı səbəbdən yarandığı hələ tam aydın deyil.