"Belarus mümkün müharibəyə tab gətirə bilməyəcək" -Lukaşenko

"Belarus mümkün müharibəyə tab gətirə bilməyəcək" -Lukaşenko
07 Yan 2025 15:10

Belarus prezidenti Aleksandr Lukaşenko Loqoyskdəki Müqəddəs Nikolay Möcüzəçi kilsəsində Milad mərasimində çıxışı zamanı diqqət çəkən açıqlamalar verib. O, bəyan edib ki, ölkəsi müharibəyə cəlb olunarsa, Belarus bir dövlət kimi ayaqda qala bilməyəcək. Onun sözlərini Belta agentliyi sitat gətirib.

“Ona görə də mən hər şeyi səbirlə edirəm. Zaman hər şeyi yoluna qoyacaq. Zaman hamıya öz qiymətini verəcək. Amma bizə dözmək lazımdır. Qoy bizim ölkədə diktatura olduğunu desinlər... Belarusdakı  diktatura Ukraynadakı demokratiyadan yaxşıdır”, - Lukaşenko bildirib.

O vurğulayıb ki, xaricdən gələn bədxahlar Belarusu müharibə oyunlarına sürükləmək istəyirlər: “Volodya Zelenski niyə özünü belə aparır? Axı bizim aramız yaxşı idi. Nəyə işarı vurur, nəyi əskikdir? Ona əmr verirlər. Ölkəni müharibəyə sürükləmək üçün mümkün olan hər şeyi etməlidir", - Belarus lideri qeyd edib".

Tural


Youtube kanalımız