Bayramov ilk dəfə olaraq bu toplantıda iştirak edir - YENİLƏNDİ +FOTOLAR

Bayramov ilk dəfə olaraq bu toplantıda iştirak edir -  YENİLƏNDİ +FOTOLAR
15 Apr 2024 12:20

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində iştirak edib.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Bildirilib ki, nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa etimad və öhdəlik ifadə olunub”,-məlumatda qeyd olunub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanda baş tutan “Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.

News365.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.

"Ölkələrimiz arasında çox işlər görülüb və bundan sonra da görüləcək",- o qeyd edib.


Youtube kanalımız

Oxşar xəbərlər