Bayram axşamı eyvandan yıxılan kişi öldü

Bayram axşamı eyvandan yıxılan kişi öldü
11:03

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News365.az xəbər verir ki, Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yanvarın 1-nə keçən gecə yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, bir gün sonra xəstəxanada vəfat edib.

Bildirilib ki, həmin gün S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək 2-ci mərtəbənin eyvanından yıxılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada