"Bavariya"nın futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər

"Bavariya"nın futbolçusu karyerasını İngiltərədə davam etdirə bilər
04 Okt 2025 19:40

Almaniyanın "Bavariya" klubunun futbolçusu Aleksandr Pavlaviç karyerasını İngiltərədə davam etdirə bilər.

News365.az xəbər verir ki, "Mançester Siti" və "Mançester Yunayted" 21 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Premyer Liqa təmsilçiləri oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Pavloviç Münhen təmsilçisinin yetirməsidir. O, cari mövsüm meydana çıxdığı 7 matçda 1 qola imza atıb.


Sizin reklam burada
Sizin reklam burada