"Türkiyə ilə münasibət sülhə dəstək ola bilər"- Mirzoyan

"Türkiyə ilə münasibət sülhə dəstək ola bilər"- Mirzoyan
10:11

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşması prosesinin ölkəsinin Azərbaycanla əlaqələrinə təsirini şərh edib.

News365.az-ın məlumatına görə, Mirzoyan bildirib ki, Ermənistan üçün həm Türkiyə sərhədlərinin açılması, həm də Azərbaycanla sülh münasibətlərinin qurulması eyni zamanda vacibdir, lakin bu iki proses bir-birinə birbaşa bağlı deyil. O, əksinə, Ankara ilə münasibətlərin yaxşılaşmasının Bakı ilə dialoqa müsbət təsir göstərə biləcəyini vurğulayıb.

XİN rəhbəri həmçinin Vaşinqtondakı görüşdə regionda nəqliyyat dəhlizləri üzrə əsas prinsiplərin razılaşdırıldığını, TRIPP marşrutunun ölkələr arasında əməkdaşlığı gücləndirəcəyini qeyd edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada