Yolda dəyişiklik: Nəqliyyat marşrutu 4 km qısalır - VİDEO

Yolda dəyişiklik: Nəqliyyat marşrutu 4 km qısalır - VİDEO
10:30

Bakı-Sumqayıt yolunun bir hissəsində hərəkətin təşkilində dəyişiklik edilir.

News365.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yeni dəyişiklik nəticəsində sürücülər 4 km-ə yaxın məsafəni qısalda biləcəklər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aparılan təhlillər nəticəsində sözügedən ərazidə hərəkətin təşkilinin dəyişikliyi üçün zərurət yarandığı müəyyən edilib.

Məlumata görə, ərazidə piyada zolaqları və avtobus dayanacaqları da yenilənəcək.

Qeyd olunub ki, layihənin icrasına yaxın zamanda başlanılacaq.




Sizin reklam burada
Sizin reklam burada