Ağızda pis qoxu nədən yarana bilər?
News365.az xəbər verir ki, pediatr Günay Rəsulova ağızda pis qoxunun səbəbləri barədə danışıb.
Onun sözlərinə görə, xüsusilə diş çıxarma dövründə olan körpələrdə, adətən 7-8 aylıq uşaqlarda, ağızdan yüngül pis qoxu gələ bilər. Diş çıxarkən damaqda yaranan iltihab, şişlik və qızarma da bu qoxuya səbəb ola bilər.
Böyüklərdə isə ağız qoxusunun əsas səbəbləri burun ətrafı sinuslərin iltihabı, boğazın infeksiyaları, çürük dişlər və digər xəstəliklər ola bilər. Pediatr vurğulayıb ki, körpələrdə ağız qoxusu əsasən diş çıxarma prosesi ilə bağlıdır və narahat olmağa əsas yoxdur.
News365.az