Müğənni Kərim Abbasov verilişdə şəxsi həyatından danışıb.
News365.az xəbər verir ki, müğənninin sözlərinə görə, həyat yoldaşını sevir, çünki çətin anlarında həmişə yanındadır:
“Mənim çətin vaxtlarımda, hər bir sınaq üzümə gələn zaman, o, əlimdən tutdu və dedi ki, ‘Mən səninləyəm’”.
Kərim Abbasov həmçinin əlavə edib ki, həyat yoldaşının qızıllarını vaxtilə lanbarda qoymağa məcbur olub, lakin bunu utana-utana edib:
“Özümə dedim, bunları lanbarda qoyuram, amma gələcəkdə o qədər qızılın olacaq ki, sən mənə deyəcəksən ‘stop’ – dayan”.
News365.az