Dünya çempionatı başlanandan idmançıların milli kimlik fonunda birliyi, mədəniyyətlərini dünyaya təqdim edən bir ölkə seçilirdi. Norveç. Dünyada yer dövlətlərdən biridir ki, illərdir xöşbəxt insanlar kimi siyahıda ilkləri tutur..
Skandinaviya mədəniyyətinin bir hissəsi olaraq, norveçli iştirakçılar hər zaman aqressiyadan uzaq, idarəyə hörmət edir və sivil dəstək göstərir.
2026-cı il çempionatının Vikinq Avarçəkiliş trendi sürətlə yayılır və hər kəs bunu çox sevərək qəbul edir. Tribunadan zərb səsi gələn kimi stadiondakı yuxarı norveçli maraqlı eyni anda yerə əyləşir. Hamı sanki qədim vikinq gəmisində əyləşibmiş kimi əllərini irəli-geri hərəkət edərək dəyişdirərək avar çəkməyə başlayır və hamı bir ağızdan göy gurultusu kimi gurlayan "RO!" (Norveç dilində "Avar çək!") nidasını qışqırır.
Bilirsiniz bu necə gözəl mədəniyyət təbliğatı ilə yanaşı, milli kimlik, keçmişə doğru istiqamət göstərir. Hər kəs Vikinqləri barbar və vəhşi hesab edirdi. Norveçin arxasında onların köməyi ilə fiziki hazırlıq və ya taktika dayanmır. Bunun kökündə çox dərin, əsrlərlə formalaşmış mədəni, sosial və psixoloji genlər dayanır.
Vikinqlər əsasında seçilmiş qəbilə başçılarının köməyi ilə kiçik qruplardan ibarət idi idi. Avropa onların kimliyini və gücünü çox görüb.
Vikinq psixologiyasına görə ölüm vaxtınız artıq təyin olunubsa, döyüş meydanından qaçmağın heç bir mənası yox idi. Bu inanc vikinqlere qorxu hissini üstələməyə və döyüşdə inanılmaz dərəcədə bir cəsarət etməyə kömək edib. Vikinq dünyaya barbar kimi təqdim etmək Avropa edib. İllərlə Avropalı yazarlar və tarixçilər onsuz da əfsanələr yaradıblar və onları mədəniyyətdən uzaq bir insan kimi təqdim edirlər.
Lakin Skannaviya bunu dünyaya əksini elədi. Skandinaviya mədəniyyətinin ən təhsil yazılmamış qanunlarından biri "Janteloven" dir, yəni "Sən özünü başqalarından üstün hesab etməməlisən". Buna görə də Norveç dünyaya göstərdi ki, öz mədəni mənbələrinə bağlı olaraq qalib gəlmək üçün "Mən" yox, "Biz" anlayışı olmalıdır hər bir Norveçlidə.
Güclü mədəniyyətdə sahib olan millətlərdə, birlikdə Skandinavlarda hər kəs bilir ki, düşünmək üçün hamı eyni məsələyə başlamaq lazımdır. O avar çəkmə ritualı da məhz bu ortaq əməyin, eyni gəmidə olmanın simvoludur.
Norveç millisini güclü edən təkcə taktiki sxemlər deyil, köklərdən gələn intizam, bərabərlik və kollektiv ruhdur. Onlar keçmişin döyüşçü mentalitetini müasir idmanın etik qaydaları ilə müəyyən şəkildə birləşdirə biliblər.
Ona görə də dünyada insanların xöşbəxtlik ölçüsü yüksək olan bir dövlət yarada biliblər.
Dünya nəhənglərinə qalib gələn qazan və öz milli köklərini bu günə daşıyan və bununla da fikirlər Norveçan !
Yoxsa bizim kimi öz keçmişinə, mədəniyyətinə, tarixinə, kimliyinə nifrət edən xalq olan Azərbaycan? Ona görə də Azərbaycanda komanda ruhu olmayacaq və komanda olaraq da qalib ola bilməyəcik. Halbuki bizim keçmişimiz və mədəniyyətimiz daha nəhəngdir. Ancaq xalq o xalq deyil daha.
Norveçə isə uğurlar!
Zaur Əliyev, tarixçi