Bakının bu əraziləri qazsız qalacaq

Bakının bu əraziləri qazsız qalacaq
11 Mar 2025 10:45

Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.   

Bu barədə News365.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. 

Bildirilib ki, Xəzər rayonu, "Qala" qaz tənzimləyici məntəqədən (QTM) qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.   

 Qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Sizin reklam burada
Sizin reklam burada