Bakıda daha bir ərazidə yaşayış binası- PLANA DÜŞDÜ sakinlərə kompensasiya veriləcək

Bakıda daha bir ərazidə yaşayış binası- PLANA DÜŞDÜ sakinlərə kompensasiya veriləcək
08 Yan 2026 22:40

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək.

News365.az xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu, 92/352 ünvanındakı binadan gedir.

Bildirilib ki, 1908-ci ildə inşa olunan yaşayış binası hazırda qəzalı vəziyyətdə olduğu üçün plana düşüb.

Qeyd edək ki, evlərin hər kvadratmetrinə 1 340 AZN kompensasiya təklif olunur. Sakinlərlə razılıq əldə olunduqdan sonra söküntü işlərinə başlanacaq.


Sizin reklam burada
Sizin reklam burada