Bakı və Təbriz: bir bədənin iki gözü

Bakı və Təbriz: bir bədənin iki gözü
09:34
Təbriz və Bakı təkcə coğrafi yaxınlıqları ilə deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağları ilə bir-birinə "əkiz şəhərlər" qədər bənzəyirlər. Qədim Bakı İçərişəhərdən ibarət olub, Təbriz isə keçmişdə 6 darvazadan və hər biri təxminən İçərişəhər boyda 11 böyük məhəllədən ibarət olub.Təbrizin qədim məhəlləri İçərişəhəri xatırladır.
Hər iki şəhərdə binaların tikintisində yerli daşlardan istifadə olunub. Bakının İçərişəhəri ilə Təbrizin qədim məhəllələri bir birinə oxşar memarlıq xüsusiyyətləri daşıyır.
Həm Bakıda, həm də Təbrizdə dar küçələr yay aylarında təbii kölgə yaradır ki, yerli sakinlər günəşdən qorunmaq və təmiz hava almaq üçün həyətdə stol-stul qoyub əyləşə bilirdilər.
Bakıda o zaman ev tikənlər şəhərin külək əsən tərəfini hesablayırdılar və buna görə də küçələrin dar və döngəli edirdilər. Təbrizdə də bənzər şəkildə soyuq küləklərinin təsirini azaltmaq üçün bu üsuldan istifadə olunub.
Təbrizin məhəllədaxili küçələri dar və dolanbac salınırdı. Məhəllə daxilində bir çox küçələr birtərəfli giriş-çıxışa malik idilər. Bu cür qapalı küçələrə ''Dərbənd'' deyilirdi. Hər bir məhəllənin giriş darvazası olurdu.
Belə dar küçələr həm də müdafiə xarakterli idi. Dar və mürəkkəb küçələr düşmənlərlə küçə söyüşləri üçün əlverişli idi ki, onları həm çaşdırmaq olsun, həm hərəkəti çətinləşdirmək olsun və həm də evlərin damlarından rahat düşmən üzərinə qaynar su, yağ tökmək olsun, daş, ox və digər silahlarla hücum etmək olsun
Şəhəri tanımayan düşmən əsgəri dar və bir-birinə bənzəyən küçələrə daxil olduqda asanlıqla azırdı. Bir çox küçələr qəsdən "dalan" kimi düzəldilirdi. Düşmən bu dalanlara girdikdə tələyə düşürdü ki, onun ordan sağ salamat çıxması mümkünsüz idi.
Eyni zamanda küçələr o qədər dar olurdu ki, hətta böyük bir ordu şəhərə girsə belə, dar keçiddə eyni anda yalnız 1-2 əsgər döyüşə bilirdi ki, bu da yerli müdafiəçilər üçün böyük imkanlar yaradırdı.
Həm Bakının, həm də Təbrizin köhnə qapılarında kişi və qadınlar üçün ayrı-ayrı qapı dəstəkləri var idi. Qonaq kişi idisə, o, qapı üçün yüksək, gurultulu səs çıxaran böyük dəstəkdən, qadınlar isə sakit, aydın səs çıxaran kiçik dəstəkdən istifadə edirdilər.
Beləliklə, ev sahibləri kimin qapını döydüyünü bildilər. Əgər qonaq qadın olsaydı, qapını onun üzünə də qadın açardı. Bir kişi döydüsə, qapını yalnız kişi açmalıdır.
Maraqlı bilirsiniz nədir, hər iki şəhərin tarixi mərkəzində dar küçələrin kəsişdiyi nöqtədə mütləq böyük bir Cümə məscidi yerləşir.
Bakı və Təbrizi bir birinə bağlayan qədim adətlər də var. Toy da, yas da bütün məhəllənin ortaq işi hesab olunurdu. Hətta dar küçələrdə toy mağarları bir neçə evin qapısını birləşdirərək qurulurdu.
Bu gün Bakının klassik forması dəyişir və işbazlar İçərişəhər olmaqla dar küçələr və dalanların tarixi yaddaşnı məhv edirlər. Təbriz isə bu iki şəhərin qədim ruhunu özündə saxlamaqda davam edir .
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada