Paytaxt sakinlərinin gündəlik həyatına birbaşa təsir edən ictimai nəqliyyat xidmətlərində bəzi çatışmazlıqlar davam edir.
Bakı şəhərində ictimai nəqliyyat və əlaqəli xidmətlərin istifadəsində hələ tam təminatın olmadığını nəqliyyat eksperti Aslan Əsədov News365.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, şəhərdə avtobusların təxminən 25%-i köhnədir. Sahibkarların hazır olmaması və bəzi infrastrukturun tam təmin edilməməsi səbəbindən xidmətlərin tam istifadəsi hələ mümkün deyil.
Aslan Əsədov əlavə edib ki, bu sahədə sosial şəbəkələrdə və digər platformalarda ciddi paylaşım və məlumat yoxdur, buna görə də ictimaiyyət hələ bütün xidmətlərdən xəbərdar deyil.
Ekspert qeyd edib ki, bu proses tədricən və planlı şəkildə sürətləndiriləcək. amma prosesin vaxt tələbləri və şəhərin spesifik şəraiti nəzərə alınmalıdır.