Bacı-qardaş dəm qazından zəhərləndi

Bacı-qardaş dəm qazından zəhərləndi
02 Yan 2026 14:50

Ağsuda bacı-qardaş dəm qazından zəhərlənib.

News365.az xəbər verir ki, hadisə rayonun Kəndoba ərazisində baş verib. 

Kənd sakinləri - 1996-cı il təvəllüdlü Məhəmməd Cabir oğlu Əliyev və 2002-ci il təvəllüdlü Aynur Cabir qızı Əliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən bacı və qardaşın vəziyyətlərinin orta ağır olduğu bildirilir.


Sizin reklam burada
Sizin reklam burada